Tərtərdəki qəzada xəsarət alanlar özəl tibb müəssisəsinə təxliyə EDİLDİLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Borsunlu-Hindarx yolunun Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslər özəl tibb müəssisəsinə təxliyə olunublar.
BAKU.WS xəbər verir ki, bu barədə Tərtər Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a məlumat verilib.
Bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan pasiyentlər Bərdə şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə ediliblər.
Xatırladaq ki, ötən gün baş verən yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan "Mercedes" və "Mitsubishi" markalı minik maşınlarının toqquşub, nəticədə iki nəfər xəsarət alıb.
Oxşar xəbərlər
Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur
"Maraqlar toqquşması haqqında" qanun layihəsində vəzifəli şəxslərin dövlət və bələdiyyə əmlakından şəxsi maraqları naminə istifadə etməsinə məhdudiyyət nəzərdə...