Tərtərdə şəhid Elvin Quluzadənin ailəsi üçün təsərrüfat yaradılıb

Tərtərdə şəhid Elvin Quluzadənin ailəsi üçün təsərrüfat yaradılıb
Sosial 94

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Tərtər rayonunda yaşayan şəhid Elvin Quluzadənin ailəsi ilə görüşüblər.

BAKU.WS Nazirliyə istinadən xəbər verir ki, dörd nəfərdən (şəhidin atası, anası və iki qardaşı) ibarət ailədə şəhidin iki qardaşından biri hərbi xidmətdədir.

Ailənin digər üzvlərinin işsiz olduqları və istəkləri nəzərə alınaraq, növbədənkənar özünüməşğulluq proqramına cəlb ediliblər. Qısa müddətdə də onlara aktivlər verilib və ailə üçün təsərrüfat yaradılıb.

Ailəyə şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlərin təyin olunması işlərinin aparıldığı, şəhid ailələrinin malik olduqları hüquqlar barədə də məlumat verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər