"Tərtər işi"ndə təqsirləndirilən hərbçi ilə bağlı qərar dəyişdirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtər hadisələri ilə bağlı təqsirləndirilən şəxs qismində tanınmış, lakin öldüyünə görə cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmiş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Quliyev Elçin Mətləb oğlu ilə bağlı qərar ləğv edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Baş Prokuror Kamran Əliyev 31 yanvar 2022-ci il tarixində bununla bağlı qərarı ləğv edib.
Sözügedən qərar bu gün mərhum hərbçinin anası Validə Əhmədovaya təqdim olunub.
Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri “Tərtər işi”nin yenidən araşdırılması üçün istintaq qrupunun yaradılması ilə bağlı məlumat yayıb.
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...