Tərtər hadisələrində ölən polkovnikin övladlarına - 20 min veriləcək
2017-ci ildə Tərtər hadisələri zamanı ölən polkovnik-leytenant Saleh Qafarovun iki övladına kompensasiya ödəniləcək.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Nəsimi Rayon Məhkəməsi qərar qəbul edib.
İddiaçılar zabit atalarının ölümü ilə bağlı hərəsinə 600 min manat olmaqla təzminat tələb ediblər.
Bu iş üzrə cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb. Buna baxmayaraq, cavabdehin nümayəndəsi iddia ilə razılaşmayaraq bildirib ki, bu qurumun hərəkətləri nəticəsində iddiaçılara hər hansı zərər dəyməyib.
Məhkəmə yekunda iddianı qismən təmin edib. Qərara əsasən, mərhum polkovnik-leytenantın övladlarının hərəsinə 10 min manat olmaqla, ümumilikdə 20 min manat təzminat ödəniləcək.
Qərardan həm iddiaçılar, həm də Maliyyə Nazirliyi narazı qalıb.
Qeyd edək ki, "Tərtər işi" üzrə istintaq yenilənəndən sonra mərhum Saleh Qafarova da bəraət verilib. 2024-cü ildə onun həyat yoldaşı Natəvan Qafarovaya 50 min manat təzminat ödənilib.
"Tərtər işi"nin istintaqı yenilənəndən sonra içlərində yüksəkrütbəli zabitlər də olmaqla bir neçə hərbçi həbs edilib. Onların barəsində məhkəmə hökm çıxarıb.
Oxşar xəbərlər
Biləcəridə ACINACAQLI HAL - Ağacları kütləvi məhv edən kimlərdir?
Binəqədi rayonu Biləcəri qəsəbəsindəki yaşıllıq ərazidə ağacların kəsilməsi faktı ilə bağlı Rayon Polis İdarəsində araşdırmalar aparılır. Bunu BAKU.WS-ə DİN Mət...