Azərbaycanda da satılan məşhur marka təhlükə saçırmış: Orqanizmdə xərçəng yarada bilir

Məşhur italyan makaron markası "Barilla" məhsulunda sağlamlıq üçün təhlükəli səviyyədə qurğuşun aşkar edilib. Artıq Avropa Birliyi Almaniyada məhsulun geri çağırılması prosesinə start verib. Belə ki, 500 qramlıq paketlərdə satılan və 1 mart 2026-cı il tarixinə qədər istifadə müddəti olan partiyalar riskli hesab edildiyi üçün mağazalarda rəflərdən yığılır. Ölkəmizdə də həmin markaya aid makaronlar satışda var.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, mütəxəssislər onun tərkibindəki ağır zəhərli metalların insan orqanizmində xərçəngin yaranmasına gətirib çıxara biləcəyini bildiriblər.
Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, makaronda tapılan qurğuşunun insan orqanizminə istənilən yaş faktorunda zərər vuracağı sübut olunub:
"Tərkibində qurğuşun olan makaronların və digər qidaların mütəmadi olaraq qəbulu daxili orqanların zədələnməsi və funksiyasının pozulması ilə nəticələnir. Uşaqlarda əqli cəhətdən gerilik, sinir sisteminin pozulması, yaddaşsızlıq, yorğunluq, mərkəzi sinir sisteminin funksiyasının pozulması ilə özünü göstərsə də, böyüklərdə daha çox başağrısı, yorğunluq, eyni zamanda maddələr mübadiləsinin pozulmasına gətirib çıxara bilər".
Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, məsələ nəzarətə götürülərək araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Ətraflı videoda:
Oxşar xəbərlər
Səbəbkar piyadadır, cəzalandırılan isə sürücü - NİYƏ?
Baku TV-nin "Necə olmalıdır?" podkastında bu dəfə təhlükəli qayda pozuntuları ilə bağlı müzakirə aparılıb. Podkastda təhlükəli qayda pozuntularının siyahısı və...
