Tənqidçi AYB-dən istefa verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış tənqidçi Mehman Qaraxanoğlu Azərbaycan Yazıçılar Birliyinə üzvlükdən imtina edib.
BAKU.WS xəbər verir ki, o bu barədə feysbuk hesabında bildirib.
“Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında rəzilliklər, simasızlıqlar, avtoritar oyunbazlıqlar, planlaşdırılmış maskaradlar, ədəbi diktatura yaratmaq çabaları, demokratik fikirli istedadlara qarşı gizli sövdələşmələr proletar təfəkkürünə amansız qayıdışı və milli-tarixi yaddaşın qəddarlıqla qapadılmasını səciyyələndirən əsas cəhətlər idi. Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir.
Bütün bunlara etiraz olaraq qurumun üzvlüyündən imtina edirəm”, - deyə M.Qaraxanoğlu bildirib.
Oxşar xəbərlər
Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib
Xalq yazıçısı Anar Rzayev yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib. BAKU.WS Report-a istinadla xəbər verir ki, AYB-nin XIII qurultayında səsv...