Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq yazıçısı Anar Rzayev yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, AYB-nin XIII qurultayında səsvermə keçirilib. Belə ki, AYB sədrliyinə namizəd şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyi səsə qoyulmayıb. Səsvermə nəticəsində yeganə namizəd Anar daha 5 il müddətinə AYB sədri seçilib.
Digər iki namizəd namizədliklərinin səsə qoyulmamasına etiraz edib və mübahisə düşüb. Anar Rzayev isə həmin şəxslərə növbəti qurultayda uğurlar arzulayıb.
Qeyd edək ki, Anar 1987-ci ildən AYB-nin sədridir.
Oxşar xəbərlər
Qurultay keçirilməsi üçün bu quruma 203 min manat pul ayrılıb
Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayının keçirilməsi üçün 203,6 min manat vəsait ayırıb. BAKU.WS-in məlumatına görə, bu barə...