Təmir işləri aparılan yollarla bağlı VACİB AÇIQLAMA

Bakıda və Abşeronun bəzi ərazilərində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
BAKU.WS-in məlumatına görə, hazırda həm dövlət proqramı, həm də investisiya proqramı çərçivəsində bir neçə mühüm layihənin icrası aparılır.
Yol şəbəkəsinin yenilənməsi və hərəkət intensivliyinin azaldılması məqsədilə paytaxtın müxtəlif istiqamətlərində təmir və tikinti işləri həyata keçirilir.
Sürücüləri ən çox maraqlandıran sual isə bu yollardakı təmirin nə vaxt başa çatacağıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, dövlət proqramına uyğun hazırda Koroğlu-Həsən Əliyev və Pirşağı-Novxanı-M4 layihələri icra edilir:
"Bundan başqa investisiya proqramına uyğun Xətai prospektində və Sabunçu rayonu, Yavər Əliyev küçəsində təmir işləri aparılır. Hər iki ərazidə təmir işləri təsdiq edilmiş qrafikə uyğun olaraq icra olunur. Mövcud hava şəraiti nəzərə alınmaqla, işlərin müxtəlif vaxtlarda yekunlaşdırılması planlaşdırılır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Baş leytenant Fuad Bağırovun igidliyi: Üç əsgəri xilas edib, özü şəhid olub
Baku TV şəhid baş leytenant Fuad Bağırov haqqında reportaj hazırlayıb. Şəhidin anası Fəridə Bağırova oğlunun döyüş yolundan danışıb: "Fuad aprel döyüşlərində Lə...
