Telefonlardakı hava proqnozları nə qədər DOĞRUDUR? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
İnsanları demək olar ki, gün ərzində ən çox maraqlandıran məsələ hava proqnozunun necə olmasıdır. Hidrometeoroloji Proqnozlar Bürosu hər günün hava proqnozu açıqlasa da, insanların əksəriyyəti havanı istədikləri vaxt mobil telefondan izləyirlər. Heç kəsə gizlin deyil ki, insanların çoxu da elə smartfonlardakı proqnozlara inanır.
Bəs, düzgünlüyünə inandığımız telefon proqnozu nə dərəcədə doğrudur?
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı “lent.az”a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, telefonda göstərilən hansısa ölkə tərəfindən hazırlanan proqnozdur:
“Bu proqram istehsalçıların hazırladığı rəqəmsal tətbiqdir. Onlardan ötürülən məlumatları nazirlik yaymır. Ancaq həmin proqnozlara da baxılır və təhlillər aparılır. Bir çox hallarda bizim proqnozlarla elektron qurğulardakı məlumatlar üst-üstə düşmür. Mobil telefonlardakı hava proqnozu çox vaxt real vəziyyəti əks etdirmir.
Müxtəlif elektron qurğularda, telefonlardakı hava proqnozları hidrometeoroloqlar tərəfindən hazırlanmır. Telefonda göstərilən hansısa ölkənin hazırladığı proqnozdur. Müxtəlif ölkələrin verdiyi proqnozlardır, bunun düzgünlüyünə təminat vermirik”.
Oxşar xəbərlər
Hidrometeoroloji Proqnozlar Bürosu: Avqustun 10-dan başlayaraq...
"Şimaldan hərəkət edən soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində bir neçə gündür ki, Azərbaycan ərazisində qeyri-sabit, yağışlı və küləkli hava şəraiti müşah...