Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixdə Bakıya qar yağacaq - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Paytaxt və rayonlara qar yağacaq.
BAKU.WS-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah ölkə ərazisində mülayim və sabit hava şəraiti müşahidə olunacaq.
Rusiya ərazisindən cənuba doğru soyuq hava kütlələlərinin daxil olması ilə yanvarın 13-dən etibarən havanın temperaturu kəskin enəcək.
Milli Hidrometerologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev "Xəzər Xəbər"ə deyib ki, həmin gün axşama doğru prosesin ölkə ərazisini əhatə edəcəyi, Aran rayonlarında yağıntının əsasən yağışla başlayacağı, bəzi yerlərdə sulu qara keçəcəyi proqnozlaşdırılır. O, Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraitini də açıqlayıb.
Havanın soyuması və güclü küləklə yanaşı yanvarın 16-dək atmosfer təzyiqinin təzadlı qalxıb-enməsi gözlənilir. Bu səbəbdən xüsusən ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara səhhətlərinə qarşı daha diqqətli olmaları tövsiyə olunur.
Oxşar xəbərlər
30 ilin ən soyuq qışı - Qar və çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Avropa meteoxidmətləri bu ilin qışının son 30 ilin soyuq qışı olan illərindən olacağını istisna etmir. Qış havasına qütb burulğanı olan alçaq təzyiqli arktika h...