Təhsil Nazirliyindən yay tətili ilə bağlı vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
"Təhsil Nazirliyi yay tətili ilə bağlı bir çox tədbirlərin təşkili üzərində çalışır".
BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, hazırda bununla bağlı həm televiziya formatı, həm də onlayn resursların təqdim olunmasına dair müzakirələr gedir:"Müzakirələr şagirdlərin faydalana biləcəyi öyrədici və əyləncəli ruhda resursların təqdimatı ilə bağlıdır. Dünən də Nazirliyin rəhbərliyi səviyyəsində müzakirələr aparıldı.
Yəqin ki, yaxın müddət ərzində əsas təşəbbüslərimiz bəlli olacaq".
Oxşar xəbərlər
Ümumtəhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili qaydası təsdiqləndi
Nazirlər Kabineti “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası”nı təsdiq edib. BAKU.WS-in məlumatına görə, bu Qayda təhsilalan...