Təhsil Nazirliyindən əyani dərslərlə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Məktəblərdə qruplar şəklində olduqda əyani dərslərin sayının artırılması imkanı var. Bu məsələyə məktəb rəhbərliyi baxır, onlar zəruri hesab etdikləri əyani dərslərin sayını artıra bilərlər.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin əməkdaşı Gülarə Xudiyeva deyib.
Onun sözlərinə görə, məktəblərə tövsiyə edilir ki, şagirdlər həftədə 2 dəfə məktəbə gedirlərsə, gün ərzində keçirilən dərslərin sayı 5 saatı aşmasın. Tövsiyələrə əsasən, həmin 2 gün ərzində 3-5 saat ən zəruri olan, şagirdlə müəllimin təması vacib bilinən fənlər məktəblərdə, qalan dərslər isə distant fomada tədris edilsin:
"Əyani formada 3-5, distant formada 5-6 saat olmaqla, şagirdlərin həftəlik dərs yükü bölünür. Məktəblərimizin bir çoxunda 5 günlük tədris həftəsi tətbiq olunurdu. Lakin indiki halda bir çox məktəblərimiz 6 günlük tədrisə keçirlər".
Oxşar xəbərlər
İmtahanlarda kimlərə güzəşt ediləcək? Onlayn təhsilin qiymətləndirmə müəmması
Pandemiya dövründə təhsil müəssisələrinin fəaliyyəti dayandırılsa da onlayn təhsil davam etdiyindən həm orta, həmçinin də ali təhsildə şagird və tələbələrin bil...