Təhsil Nazirliyi təhsil haqqı ilə bağlı tələbələrə müraciət edib

Təhsil Nazirliyi təhsil haqqı ilə bağlı tələbələrə müraciət edib.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, hazırda ölkədə hər iki tələbədən biri dövlət hesabına oxuyur. Bununla belə, bu dövrdə təhsil haqqının ödənilməsi ilə bağlı tələbələrə əlavə dəstək məqsədilə e-telebe.edu.az portalı fəaliyyət göstərir.
Həmin portalda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr qeydiyyatdan keçərək 2020-ci ilin həm yaz, həm də payız semestrləri üçün təhsil haqqının dövlət tərəfindən ödənilməsi üçün müraciət edə bilər. Müraciətlərin qəbulu 10 iyun tarixinə qədər davam edir.
Növbəti həftədən etibarən tələbələrə müraciətin nəticələri barədə məlumat verilməyə başlayacaq.
Oxşar xəbərlər
Nazirlər Kabineti tədris ili ilə bağlı qərar verdi
Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbi...
