Təhsil nazirinin müavinindən rus dili dərsliyindəki xəta haqqında AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Orta məktəblərin rus bölməsi üçün yazılan 4-cü sinif rus dili dərsliyində 20 Yanvar faciəsi ilə bağlı yol verilən təhrifə Gəncədə səfərdə olan təhsil nazirinin müavini Muxtar Məmmədov münasibət bildirib.
O qeyd edib ki, hazırda nəşriyyat tərəfindən məsələ araşdırılır. Araşdırmadan sonra müvafiq tədbir görüləcək.
“Dərsliklərdə olan bu kimi hallar aradan qaldırılacaq”, - deyə təhsil naziri əlavə edib.
Qeyd edək ki, mətndə deyilir ki, 1990-cı il 20 yanvar gecəsində şəhid olan dinc sakinlər Sovet ordusu ilə AXC silahlı dəstələri arasında baş verən atışmada həlak olub.
Oxşar xəbərlər
“Rus dili dərsliyində xətaya yol verilib, dəyişilməlidir” - RƏSMİ
Ötən gündən etibarən 4- cü sinif rus dili dərsliklərində 20 Yanvar faciəsi ilə bağlı yazılan mətn sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Belə ki, mət...