Təhsil naziri: "149 yeni məktəb binası yenidən tikilir və ya təmir edilir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu il Azərbaycanda pandemiya dönəminə baxmayaraq, 149 məktəb binası əsaslı təmir edilir və ya yenidən tikilir".
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, bu fikirləri Gəncə şəhərinə səfəri zamanı KİV nümayəndələrinə açıqlamasında Təhsil naziri Emin Əmrullayev bildirib.
Nazirin sözlərinə görə, yeni məktəb binalarının 60-ı modul tiplidir.
"Bu kifayət qədər böyük bir saydır. Dövlət başçısının müvafiq sərəncamları ilə ölkə üzrə üç mindən artıq məktəb binası ya yenidən tikilib və ya təmir edilib. Bundan əlavə Heydər Əliyev Fondunun dəstəyi ilə bir neçə məktəb binası tikilərək istifadəyə verilib. Bunun nəticəsi olaraq bu gün məktəb Azərbaycanda çalışan müəllimlər üçün ən yaxşı iş yeridir. Düşünürəm ki, bu il də belə olacaq və şagirdlərimiz yaradılan resurslardan faydalanaraq gələcəkdə yaxşı hazırlaşacaqlar", - deyə nazir bildirib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olub - FOTO
Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin...