Emin Əmrullayev: "Uyğunlaşdırılmış tədris planları ən uyğun bir addım idi"

Emin Əmrullayev: Uyğunlaşdırılmış tədris planları ən uyğun bir addım idi
Sosial 133

"Növbəti günlərdə, növbəti həftələrdə həm bizim tərəfimizdən, həm səhiyyə işçiləri tərəfindən birlikdə vəziyyətin monitorinqini aparacağıq. Düşünürük ki, indiki halda uyğunlaşdırılmış tədris planları ən uyğun bir addımdır".

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, bu fikirləri Gəncə şəhərinə səfəri zamanı KİV nümayəndələrinin suallarını cavablandırarkən Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, aparılacaq monitorinqin nəticələrinə uyğun olaraq növbəti addımlar müəyyənləşəcək.

"İstəyimiz ondan ibarətdir ki, mərhələlərlə ənənəvi təhsilə qayıdaq. Amma proses boyunca hər hansı məktəbdə, hər hansı müəssisədə yoluxmalar müşahidə olunduğu halda epidemiloji xidmətin rəyi əsasında müəyyən məhdudiyyətlərə gedə bilərik. Təhsil Nazirliyi gündəlik və ya həftəlik əsasda ictimaiyyəti mütəmmadi olaraq məlumatlandıracaq", - deyə nazir sözlərinə əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər