Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin qəbuluna düşə bilməyən şəxs səs-küy saldığı üçün saxlanılıb.
BAKU.WS qaynarinfo-ya istinadən xəbər verir ki, Gəncə sakini S.Hacıyev övladının bağça məsələsini həll etmək üçün Anar Qədiməliyevin qəbuluna gedib.
Lakin idarə müdiri onu qəbul etmədiyi üçün ucadan danışmağa başlayıb. İdarə tərəfindən polisə müraciət edildiyi üçün S.Hacıyev saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib.
İşə məhkəmədə baxılıb. O, təhsil idarəsinə getdiyini, müdir Anar Qədiməliyevin qəbuluna düşmək istədiyini, lakin qəbula buraxılmadığını bildirib. S.Hacıyev əsəbiləşərək səs-küy saldığını, lakin heç bir nalayiq ifadə işlətmədiyini deyib. Həmçinin qazi olduğunu, himayəsində iki yaşlı uşağının olduğunu və işləmədiyini diqqətə çatdırıb.
Məhkəmənin qərarı ilə, S.Hacıyev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 50 manat cərimə edilib.
Oxşar xəbərlər
Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Gültəkin Əsgərovanın anadan olmasından 66 il ötür. Gültəkin Məlik qızı Əsgərova 1960-c...