Təcili yardım çağırışları niyə gecikir? - RƏSMİ CAVAB
COVID-19 pandemiyası dövründə modul tipli xəstəxanalara çoxsaylı təcili tibbi yardım nəqliyyat vasitələrinin ayrılmasına baxmayaraq, son dövrlər vətəndaşlar təcili yardım çağırışlarının gecikməsi ilə bağlı narazılıqlarını bildirirlər.
Məsələ ilə bağlı BAKU.WS TƏBİB-ə sorğu ünvanladı. Qurumdan cavab olaraq bildirilib ki, hazırda təcili tibbi yardım xidmətində müşahidə olunan gecikmələr ambulans çatışmazlığı ilə əlaqəli deyil.
Qurumdan verilən məlumata görə, təcili tibbi yardım xidmətində istifadə olunan operativ nəqliyyat vasitələri mövcuddur və xidmət fasiləsiz şəkildə fəaliyyət göstərir. Qeyd olunub ki, gecikmələr əsasən çağırışların intensivliyi, mövsümü xarakter daşıyan müraciətlərin artması, ünvanların məsafəsi, yol hərəkəti şəraiti, paralel müraciətlərin çoxluğu, eləcə də əsassız çağırışlar kimi obyektiv səbəblərlə bağlıdır.
TƏBİB vurğulayıb ki, təcili tibbi yardım xidmətinin daha operativ təşkili üçün vətəndaşlardan bu xidmətdən yalnız zəruri hallarda istifadə etmələri xahiş olunur.
Şəhanə Xankişiyeva
Oxşar xəbərlər
Fərid Əhmədovdan yüksək vəzifəyə TƏYİNAT
Ədliyyə Nazirliyinin baş idarələrindən birinə yeni rəis təyin olunub. BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı nazir Fərid Əhmədov Əmr imza...