Təcili tibbi yardım avtomobillərinin ünvana gec çatmasının səbəbləri AÇIQLANIB
Yeniliklərdən dərhal xəbərdar olun
“Paytaxt üzrə mövcud olan 139 briqada adi günlərdə 1700-1800 çağırışı gecikmədən normal şəkildə icra etmək gücünə malikdir. Çağırış yerinə çatmaq isə ərazidən asılı olaraq maksimum 40 dəqiqə çəkə bilər”.
BAKU.WS xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva təcili yardım avtomobillərinin çağırış ünvanına gec çatması barədə cəmiyyətdəki narazılıqlara münasibət bildirərkən deyib.
N.Fərzəliyeva bildirib ki, bəzən hadisə yerinə təcili yardım avtomobilinin gec çatması barədə narazılıqlar səsləndirilir:
“Nəzərə almaq lazımdır ki, çağırışlar çox olduqca gecikmələr qaçılmaz ola bilir. Əgər çağırışların sayı adi günlərdə olduğundan çoxdursa, istər-istəməz gecikmə ola bilər. Çağırış çox olanda çeşidləmə yolu ilə icra etməyə diqqət edirik”.
Oxşar xəbərlər
Dövlət avtomobilləri satışa çıxır - "Mercedes Benz" 5 min AZN - QİYMƏTLƏR
17 avqust 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 13 nəqliyyat vasitəsi çıxarılıb. Hərr...