TƏBİB-in İcraçı direktoru vətəndaş qəbulu keçirib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov qəbul qrafikinə uyğun olaraq vətəndaş qəbulu keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Məlumata əsasən, qəbul prosesində TƏBİB-in aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Müayinə, müalicə, işlə təminolunma, əməkhaqqı və digər mövzuları əhatə edən müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub.
Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
Bakıda sahibi tapılmayan avtomobilə hər gün cərimə yazılır
Bakının Xətai rayonu, Fəvvarələr Meydanı yaxınlığında sahibsiz avtomobil aylardır park vəziyyətində saxlanılıb. BAKU.WS xəbər verir ki, sakinlərin ATV-yə bildir...
