TƏBİB-ə yeni icraçı direktor müavini təyin edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Rahim Hüseynov TƏBİB-ə yeni icraçı direktor müavini təyin edilib.
Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, o, 2021–2025-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərib. 2025-ci ildən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Rahim Hüseynov, 2024-cü ildən Azərbaycan Auditorlar Palatasının üzvüdür.
Oxşar xəbərlər
Nazir: "İşdən azad edilənlərin çoxu ibtidai sinif müəllimidir"
"Sertifikasiya nəticələri əsasında işdən azad edilənlərin böyük hissəsi ibtidai sinif müəllimi olub". BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsi...