TƏBİB-dən hemofiliya xəstəsinin müalicədən imtina etməsinə RƏSMİ AÇIQLAMA
Bakıda irsi qan xəstəliyi olan hemofiliyadan əziyyət çəkən şəxslərdən biri Respublika Klinik Xəstəxanasında (RKX) müalicədən və müayinədən imtina edib.
BAKU.WS xəbər verir ki, bu barədə Fuad Əsgərov adlı şəxs feysbuk səhifəsində paylaşım edib.
F.Əsgərov iddia edib ki, mənşəyi bəlli olmayan, düzgün analiz aparılmadan təyin olunan dərmanları qəbut etməyəcək:
O həmçinin qeyd edib ki, həyatına baş verəcək təhlükəyə görə RKX direktoru və müavini cavabdehlik daşıyacaq.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, vətəndaş F.Əsgərov Hemofiliyalı xəstələrinin vahid elektron registrında IX laxtalanma faktoru əksikliyi Hemofiliya B diaqnozu ilə qeydiyyatdadır və mütəmadi olaraq tibbi yardımla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş "Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı" çərçivəsində faktor konsentratı ilə təmin olunur:
"Sözügedən şəxs 2022-ci il ərzində 56.000 BV IX faktor konsentrati "Octanine", 2023-cü il ərzində ambulator olaraq 81.000 BV IX faktor konsetrati "Octanine", 2024-cü il ərzində isə 89.000 BV IX faktor konsentrati "Octanine" preparatı ilə ambulator olaraq təmin olunub. Bildiririk ki, henofiliya xəstələri hər ay mütəmadi olaraq faktor konsertrati aldığı üçün illik nəzarət müayinələri zamanı faktorun aktivlik faizində müəyyən dəyişikliklər müşahidə oluna bilir".
Oxşar xəbərlər
Novruz bayramı ilə əlaqədar ardıcıl 7 gün iş olmayacaq
Novruzun ilk çərşənbəsi fevral ayının 25-nə təsadüf edəcək. BAKU.WS xəbər verir ki, Su çərşənbəsi fevralın 25-i, İlaxır çərşənbə-Torpaq çərşənbəsi isə martın 18...