TƏBİB-dən tibbi maskalarla bağlı XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) tibbi maskalardan istifadə zamanı diqqət edilməli olan məqamları açıqlayıb.
TƏBİB-dən BAKU.WS-ə verilən məlumatda deyilir ki, tibbi maskanın burun, ağız və çənəni örtən hissəsinə heç bir zaman toxunulmamalıdır.
Təsadüfən toxunularsa, əllər ən azı 20 saniyə su və sabunla yuyulmalı və ya spirt tərkibli məhlulla dezinfeksiya olunmalıdır.
Tibbi maska istifadə zamanı çirklənib, nəmlənib və ya cırılıbsa, mütləq yenisi ilə dəyişdirilməlidir.
Tibbi maskalar qətiyyən ortaq istifadə edilməməlidir.
İstifadə edilmiş tibbi maskanın çirklənmədiyi düşünülsə də, əsla təkrar istifadə olunmamalıdır.
Oxşar xəbərlər
DİQQƏT! Bu maskalar sizi xəstəliyə yoluxdura bilər – VİDEO
Aptekdə tibbi maska tapmayan əksər insanlar ev şəraitində hazırlayır və yaxud da evdə hazırlayanlardan alıb istifadə edir. Burada isə maraq doğuran bir məqam, b...