TƏBİB: "Bu günə qədər 15 mindən çox şəxsə qrip əleyhinə vaksin vurulub"
Yeniliklərdən dərhal xəbərdar olun
2023-2024-cü il payız-qış mövsümü ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələri üzrə 15 550 nəfərin vaksinasiyası aparılıb.
TƏBİB-dən BAKU.WS-ə verilən məlumata görə, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.
Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB-in tabeli rayon mərkəzi xəstəxanalarında, Bakı şəhəri üzrə isə müəyyən olunan müvafiq ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər.
Qeyd edək ki, ölkəyə Səhiyyə Nazirliyi tərəfindən gətirilən qrip əleyhinə vaksinlər Niderland istehsalıdır. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə müvafiqdir.
Qalereya
Oxşar xəbərlər
TƏBİB: "Tibb müəssisələrində 2 minə yaxın şəxs qrip əleyhinə peyvənd vurdurub"
Bu günədək olan statistikaya əsasən, payız-qış mövsümündə əldə edilən peyvəndlərlə TƏBİB tabeliyində olan tibb müəssisələri üzrə 1804 nəfərin vaksinasiyası apar...