TƏBİB bir neçə xəstəxanada nöqsan aşkarladı
Yeniliklərdən dərhal xəbərdar olun
TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vətəndaşların qəbulu, vətəndaş müraciətlərinə baxılması, kargüzarlıq, eləcə də Elektron Sənəd Dövriyyəsi işinin təşkili, nəzarətin gücləndirilməsi və bu istiqamətlərdə tibb müəssisələrinə dəstəyin göstərilməsi məqsədilə monitorinqlər keçirilir.
BAKU.WS qurumun yaydığı məlumata istinadən xəbər verir ki, bu istiqamətdə aşkar edilən nöqsanlar aktlaşdırılıb, nöqsanların aradan qaldırılması üzrə metodik tövsiyələr verilib.
Monitorinqlər Mingəçevir, Samux, Ağdaş, Yevlax Rayon Mərkəzi Xəstəxanalarını əhatə edib.
Eyni zamanda, sözügedən tibb müəssisələrinin Ümumi, İnsan resursları və Maliyyə şöbələrinin əməkdaşları ilə elektron sənəd dövriyyəsi sistemi (ESDS) ilə iş üzrə təlimlər keçirilib.
Monitorinq və təlimlərin digər bölgələr üzrə də davam etdirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...