Tbilisi prospektində problem bitmək bilmir: Bu zolaq nəyə xidmət edir?
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə paytaxtın Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsindəki problem haqqında məlumat verilib.
Bildirilib ki, bu ərazidə hərəkəti qadağan edən zolağın çəkilməsi nəqliyyatın hərəkətini çətinləşdirir.
"Tbilisi prospektində hərəkət onsuz da çətin idi. Buna baxmayaraq, avtobus zolağının salınması və onun yanında boş saxlanılan zolağın olması heç cür anlaşılan deyil. Maraqlı sual ortaya çıxır: məqsəd sıxlıq yaratmaq, yoxsa sıxlığı aradan qaldırmaqdır?", - deyə vurğulanıb.
Yaxşı olar ki, avtobus zolağı xətlənmiş zolaqdan keçsin, ya da həmin zolaqda hərəkətə icazə verilsin ki, günün pik saatlarında yolun yükü azalsın.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...