Tayvanın “EVA Air” aviaşirkətinin təyyarəsi təcili Bakıya eniş edib
03
sen
2023
09:38
Tayvanın “EVA Air” aviaşirkətinin Taypey-Milan marşrutu üzrə uçuş yerinə yetirən təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi olub (ürək tutması).
Vurğulanıb ki, Boeing 787-9 təyyarəsi yerli vaxtla saat 05:15-də Bakı hava limanına enib.
Oxşar xəbərlər
AZAL “Boeing”dən 8 ədəd “787-8 Dreamliner” təyyarəsi alır - FOTO
"Azərbaycan Hava Yolları" QSC (AZAL) və ABŞ-nin “Boeing” korporasiyası 8 ədəd “787-8 Dreamliner” təyyarəsinin tədarükünə dair razılıq əldə edib. Bu barədə BAKU....