İstanbul-Tokio reysini həyata keçirən təyyarə Bakıya təcili eniş edib - FOTO
15
yan
2023
10:49
Türk Hava Yollarına məxsus İstanbul-Tokio reysini həyata keçirən hava gəmisi kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Bu barədə BAKU.WS-ə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.
Boeing 777 təyyarəsi yerli vaxtla saat 07:15-də Bakı hava limanına enib.
Sərnişinə tibbi yardım göstərilib, onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərara alınıb.
Təyyarə saat 09:30-da Bakıdan Tokioya qalxıb.
Oxşar xəbərlər
Bakı-İstanbul reysini yerinə yetirən təyyarə geri qayıdıb
“Turkish Airlines”ın təyyarəsi Bakı aeroportuna geri qayıdıb. BAKU.WS xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb. “Turkish Airli...