Tanınmış inşaatçı Gülbahar Vəliyeva vəfat edib - FOTO

Tanınmış inşaatçı Gülbahar Vəliyeva vəfat edib - FOTO
Sosial 1

Sumqayıtın tanınmış inşaatçısı, Sumqayıt şəhər Ağsaqqallar Şurasının üzvü Gülbahar Nemət qızı Vəliyeva vəfat edib.

"Report"un yerli bürosu məlumat verir ki, o, 93 yaşında vəfat edib.

Qeyd edək ki, G.Vəliyeva 1930-cu ildə Şamaxı rayonunda anadan olub. 1949-cu ildən Sumqayıtda yaşayıb. Uzun müddət rəngsazlar briqadiri işləyib, iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, dəfələrlə şəhər Sovetinin deputatı seçilib.

“Oktyabr inqilabı”, “Əmək Şöhrəti”, “Şöhrət” ordenləri ilə təltif olunub. O, Sumqayıtın quruculuğunda, ictimai-siyasi həyatında fəal iştirak edib və müxtəlif medallar, fəxri fərmanlara layiq görülüb.

Tanınmış inşaatçı Gülbahar Vəliyeva vəfat edib - FOTO

Oxşar xəbərlər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...

6408 Sosial 18:43 27 may 2022

Son xəbərlər