Tanınmış futbolçunun atası koronavirusdan dünyasını dəyişdi
16
dek
2020
14:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Səbail" klubunda çıxış edən Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayevin atası Adilxan Ağayev vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a "Səbail"in baş məşqçisi Aftandil Hacıyev bildirib.
O, A. Ağayevin 72 yaşında koronavirusdan dünyasını dəyişdiyini söyləyib.
Hacıyev mərhumun dəfn üçün Şabran şəhərinə aparıldığını vurğulayıb.
Qeyd edək ki, Adilxan Ağayev şəhər məktəblərindən birində Bədən tərbiyəsi fənnini tədris edib. O, əvvəllər Şabranın "Bərəkət" futbol komandasının baş məşqçisi olub.
Oxşar xəbərlər
Koronavirusdan vəfat edən anasını öz maşınında dəfn etməyə apardı: Görüntüyə RƏSMİ CAVAB - VİDEO
Koronavirusdan dünyasını dəyişən qadının cəsədinin dəfn edilməsi üçün xəstəxanadan oğluna təhvil verilməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb. Vi...