Taksi ilə 10 min kilometr yol qət etdi

Taksi ilə 10 min kilometr yol qət etdi
Sosial 1450
 

Sankt-Peterburq sakini Nikita Arxipov taksidə ən uzaq məsafəyə səfər üzrə dünya rekordunu vurub. Trend "Gazeta.ru" saytına istinadən xəbər verir ki, N.Arxipov Peterburqdan Maqadana (məsafə 10,7 min kilometr) taksi ilə səfər edib.

Bu səfəri Sankt-Peterburq sakini "Maqadana səfər et" ekspedisiyası çərçivəsində həyata keçirib.

Səyahətçi N.Arxipov bildirib ki, səfərdən çox razı qalıb. Səfər boyu bir problem yalnız Yakutsk-Maqadan avtomobil yolunda baş verib - daşqınlar səbəbindən dağılmış bir körpüyə görə, marşrutun bu hissəsində bir neçə gün ləngimə olub.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər