İlham Əliyevdən Türkiyəyə böyük jest
Azərbaycan prezidenti Almaniya Bundestaqının iyunun 2-də qəbul etdiyi "erməni soyqırımının” tanınması qətnaməsinə görə bu ölkəyə səfər proqramında dəyişiklik edib.
Virtualaz.org xəbər verir ki, Azərbaycan prezidenti səfər zamanı Bundestaqda da görüşlər keçirməliydi. Lakin İlham Əliyev bu qətnamənin qəbuluna etiraz olaraq Bundestaqdakı görüşlərini proqramdan çıxarıb. Məlumatı TRT Avaz yayıb.
Azərbaycan prezidenti habelə Almaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun iclasını da təxirə salıb.
Xatırladaq ki, Azərbaycan prezidenti iyunun 6-da Almaniyaya səfər edib. Orada bir sıra işgüzar görüşlər keçirib və kansler Angela Merkellə görüşüb.
BAKU.WS
Oxşar xəbərlər
Əliyevdən Türkiyəyə jest: Görüşlər təxirə salındı
Almaniya Bundestaqında qondarma "erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul edilməsi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev bu ölkəyə səfəri z...