Tahir İmanov Bakı meriyasını məhkəməyə verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib.
BAKU.WS qaynarinfo-ya istinadən xəbər verir ki, iddiaçı Tahir Qorxmaz oğlu İmanovdur.
İş Bakı İnzibati Məhkəməsindədir. Artıq iş üzrə hakim təyin edilib. Tahir İmanovun iddiasına hakim Nəriman Abıyevin sədrliyi ilə baxılacaq. İşin mahiyyəti torpaq münasibətləri üzrə mübahisələrdən ibarətdir.
Tahir İmanov “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Əməkdar artistdir. Məlumatı dəqiqləşdirmək üçün Əməkdar artistlə əlaqə saxlanılıb. Tahir İmanov bu barədə danışmaq istəmədiyini bildirib:
“Mənə sənətimlə bağlı suallar verin”.
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...