Tağı Əhmədov ömürlük yerimə qabiliyyətini itirdi - “Allahın möcüzəsi lazımdır”
Yeniliklərdən dərhal xəbərdar olun
"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədov ömürlük yerimə qabilliyyətini itirib.
BAKU.WS manset.az-a istinadən xəbər verir ki, Tağı Əhmədov ömürlük əlil arabasına məhkum olmaqla yanaşı onun ürəyində də ciddi problem yaranıb. Hazırda o, Bakıda yerləşən özəl klinikalardan birində intensiv müalicə alır.
Onun həyat yoldaşı Salatın Əhmədova açıqlamasında faktı təsdiq edərək, bunları deyib: "Tağı müəllim hazırda xəstəxanadadır, vəziyyəti üərkaçan deyil. Müalicə zamanı başqa problemləri də çıxdı. Onun ürəyində də problem çıxıb. İndi onu müalicə edəcəklər. Yəqin ürəyi ilə bağlı müalicəsi bir həftəyə yekunlaşar. Həkimlər indi onunla məşğuldurlar. Yeriməyi artıq mümkün deyil. Onun yeriməsi üçün Allahın bir möcüzəsi lazımdır. Heç kim bilmir ki, sabah başına nə gələcək".
Oxşar xəbərlər
Azərbaycanın ilk şəhid qadın jurnalisti Salatın Əsgərovanın doğum günüdür
Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, jurnalist, “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri olmuş Salatın Əziz qızı Əsgərovanın doğum günüdür. BAKU....