Səyyar ASAN xidmət gələn ay bu rayonlarda olacaq (SİYAHI)
27
avq
2018
20:58
Səyyar ASAN xidmət 1 – 30 avqust Astarada, 3 – 22 sentyabr Neftçalada, 3 – 17 sentyabr Ələt, Şəmkir, Ceyranbatanda, 3 sentyabr – 2 oktyabr İmişli, Xaçmaz, Lənkəran, Ağcabədi, İsmayıllıda, 3 – 27 sentyabr Qazaxda vətəndaşlara səyyar formada xidmət göstərəcək.Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.Bu xidmətlərə aşağıdakılar daxildir:- Notariat fəaliyyəti;- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;- Əmək pensiyalarının təyin edilməsi;- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.BAKU.WS
Oxşar xəbərlər
Sabah “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür
11 aprel Azərbaycanda prezident seçkiləri ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.Vətəndaşlara Xidmət və Sosial İnnovas...