Şuşa Qlobal Media Forumunun 2-ci günü

Şuşa Qlobal Media Forumunun 2-ci günü
Video
Sosial 18

"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumu davam edir.

Bu gün beynəlxalq tədbirin ikinci günüdür. Baku TV-nin verdiyi məlumata görə, səhər saatlarından etibarən panel müzakirələrinə start verilib.

Forumda jurnalistikanın etik dəyərləri və prinsipləri, saxta xəbərlər və dezinformasiya ilə mübarizə, süni intellektdən düzgün istifadə, medianın sülhün təşviqində rolu və etimadın bərpası məsələləri müzakirə olunur.

Panel müzakirələrinin mövzuları sırasında "Media üfüqləri: Süni intellekt, vizual hekayəçilik və yeni nəsil təcrübələr", həmçinin etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu yer alır.

Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumunda dünyanın 53 ölkəsindən 160-dan çox jurnalist, eləcə də yerli media nümayəndələri iştirak edirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər