Sürücülük vəsiqəsi imtahanında rüşvətlə bağlı Kamran Əliyevdən AÇIQLAMA

Sürücülük vəsiqəsi imtahanında rüşvətlə bağlı Kamran Əliyevdən AÇIQLAMA
Sosial 13171

Vətəndaş Nazlı Pəncəliyeva sürücülük vəsiqəsi almaq istəyir. Lakin onun sözlərinə görə rəfiqələri bildirib ki, təcrübə imtahanında qəsdən çətinliklər yaradılır ki, vətəndaş imatahandan keçə bilməsin.

Buna görə də onlar necə deyərlər lazımı adamlara "hörmət etmək" məcburiyyətində qalıblar. Yəni təcürbi imtəhanı üçün müəyyən miqdarda pul ödəməyə məcbur olublar.

BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polis İdaəsinin İctimaiyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, yol polisinin imtahan qeydiyyat şöbəsində rüşvət faktının olması mümkünsüzdür. Onun sözlərinə görə, həttə təcürübə imtahanının özü belə kompüterlə həyata keçirilir.

"Burada kim-kimlə görüşür ki, pul da istəsin. Nəzəri və təcrübi imtahan da testlə həyata keçirilir. Təcrübi imtahanda sürücü cərimə bonusları toplayırsa o halda o imtahandan keçə bilmir".

Video: Azadlıq radiosu

BAKU.WS

Son xəbərlər