Sürücülərin nəzərinə: 4-cü mikrorayon dairəsində dəyşiklik edilib - VİDEO

Sürücülərin nəzərinə: 4-cü mikrorayon dairəsində dəyşiklik edilib - VİDEO
Video
Sosial 5699
Pik saatlarda yaranan sıxlığı aradan qaldırmaq məqsədi ilə 4-cü mikrorayon dairəsində dəyşiklik edilib.BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, dairəyə daxil olan nəqliyyat vasitələri artıq işıqforla tənzimlənəcək. Bir neçə gün əvvəl Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları dairənin ətrafına, yəni Cavadxan və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində işıqforlar quradşrırıb.Qeyd edək ki, sözügedən ünvanda qəzalar tez-tez baş verirdi. Həmin kadrlar günün müxtəlif vaxtlarında ərazidəki təhlükəsiz şəhər kameralarına da düşüb.Yaxın günlərdə dairədə hərəkət işıqforla tənzimlənəcək. Yol polisi bunun effektiv olacağını düşünür.Elə sürücülər də yoldakı dəyişikliyin hərəkətə müsbət təsir edəcəyini deyirlər. Onlar bunun əsasən günün axşam saatlarında hiss olunacağını bildirirlər.Gözlənilən nəticə əldə olunmazsa, işıqforun fəaliyyəti dayanacaq.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər