Sürücülərin DİQQƏTİNƏ! - Sabahdan bu yolda təmir başlayır

Sürücülərin DİQQƏTİNƏ! - Sabahdan bu yolda təmir başlayır
Sosial 269

Sabah saat 09:00-dan etibarən Bakı şəhəri, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsindəki yol qovşağında təmir işlərinə başlanılacaq.

Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Məlumat verilib.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, deyə, məlumatda deyilir.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər