Sürücülərin DİQQƏTİNƏ! Bu küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Akademik Həsən Əliyev küçəsi - "Koroğlu" metro stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində sabah saat 00:00-dan etibarən Nərimanov rayonu, Əliyar Əliyev (Keşlə bazarının qarşısı), İslam Abışov, Mirzə Uluqbəy və Əhməd Rəcəbli küçələrində mərhələli şəkildə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
BAKU.WS bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
"Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və tikinti ərazilərində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Minilliklər boyu xalqımızın yaddaşında yaşayan, baharın gəlişini müjdələyən və hər evə sevinc, yenilənmə ruhu gətirən Novruz bayramı bu il də ölkəmizdə yüksək ə...