Sürücülərin DİQQƏTİNƏ! Bakının Koroğlu Rəhimov küçəsində yeni hərəkət sxemi tətbiq edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gündən etibarən Bakının Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski küçəsi ilə Həsən Əliyev küçəsi arasındakı hissəsində birtərəfli, 4 zolaqlı hərəkət tətbiq olunub.
Bu barədə BAKU.WS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, əlavə olaraq həmin istiqamətdə tunelin üzərindəki yolun hərəkət hissəsinə 1 zolaq da artırılaraq 3 zolaqlı yol təşkil edilib.
Qeyd edək ki, dəyişiklik test rejimində yoxlanılır. Koroğlu Rəhimov küçəsində yenidənqurma işləri davam edir
Oxşar xəbərlər
Bunu etməklə hesabınızı itirə bilərsiniz - WhatsApp işlədənlərə XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkə hesablarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır. Xüsusilə "WhatsApp" hesablarının ələ keçirilməsi, şəxsi yazışmaların ələ dü...