Sürücüləri canından bezdirən yol
Yeniliklərdən dərhal xəbərdar olun
Masazır qəsəbəsində minlərlə sakinin istifadə etdiyi alternativ yol yararsız vəziyyətdədir. Söhbət Masazır dairəsinə daxil olmadan birbaşa Novxanı və Sumqayıt istiqamətinə çıxışı təmin edən yoldan gedir.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Vətəndaşların müraciəti əsasında əraziyə baxış keçirilib. Sakinlərin sözlərinə görə, illərdir təmir olunmayan yol həm sürücülər, həm də piyadalar üçün ciddi çətinlik yaradır.
Şikayətçilər bildirirlər ki, yolun bərbad vəziyyətdə olması səbəbindən təcili tibbi yardım briqadaları ünvana gecikir, taksi sürücüləri isə əraziyə sifariş götürməkdən imtina edir. Qeyd edək ki, bu yoldan 3 və 4 nömrəli məktəblər, "Yeni Bakı" yaşayış kompleksi və "Qurtuluş-93" yaşayış kompleksi istiqamətində hərəkət edən sakinlər istifadə edirlər. Ərazidə çəkiliş zamanı 517 saylı sərnişin avtobusunun və yük avtomobillərinin də bu yoldan istifadə etdiyi müşahidə olunub. Sakinlərin sözlərinə görə, yolun təmiri Masazır dairəsində yaranan sıxlığın da azalmasına kömək edə bilər. Çünki sürücülər yolun vəziyyətinə görə alternativ istiqamətdən istifadə edə bilmir və əsas yolda əlavə yük yaranır. Vətəndaşlar bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, hələlik nəticə olmayıb. Sakinlər problemin tezliklə həll olunmasını gözləyirlər.
Oxşar xəbərlər
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
Noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək. BAKU.WS xəbər verir ki, bu...