Sürücüləri "20 Yanvar" dairəsindən keçdiklərinə peşman edən problemlər

Sürücüləri 20 Yanvar dairəsindən keçdiklərinə peşman edən problemlər
Video
Sosial 182

"Necə olmalıdır?" rubrikasının növbəti buraxılışı yayımlanıb.

Bu dəfə paytaxtın "20 Yanvar" dairəsində nəqliyyatın mövcud təşkilinin avtomobil axınına uyğun olmaması və nəticədə, sıxlıq yaranması problemindən bəhs olunub.

Qeyd edilib ki, ərazidə hərəkətin təşkili paytaxtdakı avtomobillərin sayına cavab vermir. Belə ki, digər bölgələrdən, xüsusən də Sumqayıtdan gələn avtomobillərin əksəriyyəti Ziya Bünyadov prospekti istiqamətinə yönəlir ki, bu da dairənin yüklənməsinə səbəb olur.

Bundan əlavə, Zərdabi küçəsi və Moskva prospektindən gələn avtomobillərin də dairədə birləşməsi pik saatlarda tıxac yaradır. Həmçinin 3-cü mikrorayon dairəsindən "20 Yanvar"a hərəkət edənlərin "Şamaxinka" istiqamətinə məcburi yönləndirilməsi də sözügedən ərazidə sıxlığı artırır.

Ətraflı Baku TV-nin süjetində:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

ADY yağışlı və küləkli hava ilə bağlı çağırış edib

ADY yağışlı və küləkli hava ilə bağlı çağırış edib

Azərbaycan Dəmir Yolları (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq...

14 Sosial 10:52 03 oktyabr 2026

Son xəbərlər