Sürücülərə daha bir sarı zolaq XƏBƏRDARLIĞI
22
iyl
2019
15:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxt Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının səmərəli təşkili məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən nəqliyyat tədbirlərinin icrası davam etdirilir.BAKU.WS xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib:"Bildiyiniz kimi, müəyyən olunmuş marşrutlar üzrə çəkilmiş sarı zolaqlar idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında və təhlükəsiz çatmasını təmin etmək məqsədi daşıyır. Lakin bəzi şəxsi nəqliyyat vasitəsi sürücüləri bir çox hallarda zolağa daxil olaraq avtobusların qarşısına çıxmaqla, ara məsafəsi gözləmədən arxası ilə irəliləməklə və ya ani manevrlər etməklə hərəkətə mane olaraq qəza şəraiti yaradırlar.Qeyd edilənləri nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarını xüsusən də sürücüləri festival müddətində yol hərəkəti qaydalarına, o cümlədən də sarı zolağın tələbinə əməl etməyə çağırır.Şəhərimizdə keçirilən əvvəlki oyunlarda olduğu kimi festivalın davam etdiyi günlərdə də hərəkət iştirakçılarının tətbiq edilən müvəqqəti dəyişikliklərə anlayışla yanaşacaqlarına ümid edirik.Hərəkət iştirakçılarının həyata keçirilən tədbirlərə əsl vətəndaşlıq, xalqımıza xas olan yüksək mədəniyyət və qonaqpərvərlik mövqeyindən yanaşması ölkəmizin müsbət imicinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəkdir".
Oxşar xəbərlər
Sürücülərin nəzərinə! Bu gündən bu yollara çıxmayın - 40 manata cəriməsi var
Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq, bu gündən Bakının bəzi küçə və prospektlərində sarı zolaq qadağası qüvvəyə minib.BAKU.WS...