Sabahdan bu avtobusların hərəkət istiqaməti dəyişəcək
15
mar
2019
17:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sabahdan 206 və 211 saylı avtobusların hərəkət sxemi dəyişdiriləcək
Bakı Nəqliyyat Agentliyi (BNA) Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə birgə əməkdaşlığı çərçivəsində Yasamal Yaşayış Kompleksində yaşayan sakinlərinin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə bir neçə marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. BAKU.WS BNA-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən, 16.03.2019 tarixindən 206 və 211 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar kompleksin ərazisindən keçməklə hərəkət edəcək.Xatırladaq ki, MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi ərazisində nəqliyyat vasitələrinin və piyadaların rahat hərəkətinin təşkili üzrə işlər BNA tərəfindən həyata keçirilib. Kompleksin ərazisində piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkəti Avropa standartlarına və ən əsası müasir şəhərsalma prinsiplərinə uyğun təmin edilib.Tikinti obyektlərinin layihələndirilməsi zamanı nəqliyyat məsələlərinin düzgün təşkilinin zəruriliyini nəzərə alaraq BNA əməkdaşlığa hazır olduğunu bəyan edir.BAKU.WSOxşar xəbərlər
Bu avtobusların hərəkət sxemində dəyişiklik edilib - SİYAHI (XƏRİTƏ)
Aparılan optimallaşdırma və çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, 51, 71, 139 və 204 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemin...