Sürücülər arasında mübahisə yaradan dayanacaq: Cəlil Məmmədquluzadə küçəsindəki vəziyyət
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının budəfəki buraxılışında paytaxtın Cəlil Məmmədquluzadə küçəsində sürücüləri çətin vəziyyətə salan parklanma məntəqəsi barədə məlumat verilib.
Bildirilib ki, sözügedən küçədə hər iki istiqamət üzrə sağ zolaqla düzünə hərəkət edən sürücülər sol zolaqdakı avtomobillərə həddindən artıq yaxınlaşmalı olurlar.
Vurğulanıb ki, sürücülər yollarına davam etmək üçün ya sol zolağa keçərək digər avtomobillərə həddindən artıq yaxınlaşmalı, ya da parklanma məntəqəsinin qarşısında dayanıb onlara yol verilməsini gözləməli olurlar.
O da qeyd edilib ki, parklanma məntəqəsinin kəsişmə bitən kimi başlaması bəzən sürücülər arasında mübahisəyə səbəb olur.
Problemin həlli üçün parklanma məntəqəsinin yolun əks istiqamətində olduğu kimi, kəsişmədən bir neçə metr sonra başlaması məqsədəuyğun olardı.
Digər variant isə kəsişmədən əvvəl birinci zolağın yalnız sağa hərəkət üçün nəzərdə tutulmasıdır.
Oxşar xəbərlər
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modelinin tətbiqi qaydası təsdiqlənib
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi qaydası təsdiqlənib. BAKU.WS xəbər verir ki, bu barədə...