Sürət qatarı Ucar stansiyasında niyə dayanmır? - RƏSMİ AÇIQLAMA

Azərbaycanın müxtəlif rayonlarında yerləşən stansiyaların bərpa olunması maraqla gözlənilən məsələlərdəndir.
BAKU.WS xəbər verir ki, Ucar sakinləri qatarların rayona məxsus stansiyada nə vaxt dayanması ilə bağlı müraciət edib.
Sakinlərin müraciətinə cavab almaq üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) müraciət edib. ADY-dən BAKU.WS-ə bildirildi ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkətdə olan oturacaq vaqonlardan ibarət sürət sərnişin qatarına hazırda Ucar stansiyasında dayanacaq verilir:
“Yaxın gələcəkdə istifadəyə veriləcək sürətli Flirt qatarlarına da mümkün olduğu halda Ucar və digər stansiyalarda dayanacaq verilməsi məsələsinə baxılacaqdır”.
Oxşar xəbərlər
“Başqası ilə getsinlər” - Pik saatları “səhv salan” ekspres qatarı kimə lazım idi? + FOTO
Bu gündən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Sumqayıt-Bakı ekspres qatarı fəaliyyətə başlayıb. Ekspres qatarı heç bir stansiyada dayanmadan birbaşa hərəkət...