"Sumqayıt"ın futbolçuları “Evdə qal, sağlam qal” aksiyası çərçivəsində yaşlı sakinlərə baş çəkib - FOTO

“Sumqayıt” Futbol Klubunun təşkilatçılığı, “Paşa Həyat Sığorta” ASC, “Kapital Bank” ASC və “Universal-PRO” MMC-nin dəstəyi ilə futbolçular “Evdə qal, sağlam qal” adlı aksiya çərçivəsində şəhərin yaşlı sakinləri ilə evlərində görüşüb.
BAKU.WS xəbər verir ki, görüşdə “Sumqayıt” FK-nın əsas komandasının məşqçiləri – Mehman Yunusov, Eduardo Balada, eyni zamanda futbolçularımız – Mehdi Cənnətov, Elvin Bədəlov, Cəmaləddin Xocaniyazov, Rüfət Abdullazadə, Səbuhi Abdullazadə, Mehdi Şərifi və Xəyal Nəcəfov iştirak edib.
Xüsusi karantin müddəti boyunca onlara evdən çıxmamağı məsləhət görən komandamızın üzvlərinə şəhər sakinləri belə çətin günlərdə yaşlıları unutmadıqları üçün çox sağ ol deyib və qayğıya görə öz dərin minnətdarlıqlarını bildiriblər.
Yaşlı sakinlər futbolçularımız tərəfindən ərzaq tədarükü ilə təmin olunub. “Evdə qal, sağlam qal” adlı aksiyası mütəmadi olaraq “Sumqayıt” FK tərəfindən davam etdiriləcək.
Qalereya
Oxşar xəbərlər
Sabahdan insanların evdən çıxması məhdudlaşdırıldı
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbi...
