Sumqayıtın bəzi hissələrində qaz olmayacaq
03
okt
2025
11:25
Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatı dayandırılacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhərin Bulvar küçəsində orta təzyiqli 108 millimetrlik qaz xəttində aşkar edilmiş sızmanın aradan qaldırılması məqsədilə qaz təchizatında fasilə olacaq.
Məlumata görə, müvafiq işlərin görülməsi ilə əlaqədar bu gün saat 12:00-dan etibarən, ərazidəki 550 abonentin qaz təminatı müvəqqəti dayandırılacaq.
İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək.
Oxşar xəbərlər
Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət
Son vaxtlar Bakıda sərnişindaşımada yaranan problemlər bitib-tükənmir. Bu problemlərdən biri də sərnişin avtobuslarının gecə saat 11-dən sonra işləməməsidir. Və...