Sumqayıtda avtobuslarda pulsuz Wi-Fi xidməti istifadəyə verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərində ictimai nəqliyyatda olan avtobuslar pulsuz Wi-Fi xidmətinə qoşulub.
BAKU.WS-in məlumatına görə, nəqliyyatın rahatlığını və hər gün ictimai nəqliyyatdan istifadə edən minlərlə sərnişinin məmnunluğunu nəzərə alaraq həyata keçirilən layihə ilkin mərhələdə 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunub.
Pulsuz Wi-Fi xidməti mərhələli şəkildə şəhərdə fəaliyyət göstərən digər marşrut xətlərində də reallaşdırılacağı qeyd edilir.
“Bununla yanaşı avtobusların bir mərkəzdən idarə olunması məqsədi ilə onlayn rejimdə Mərkəzləşdirilmiş Dispetçer Xidməti də yaradılacaq. Bu proses nəticəsində nəqliyyat vasitələrinin sürücülərinə nəzarət daha da artırılacaq. Həmçinin sürücü-sərnişin münasibətləri də diqqətdə saxlanacaq.
Sumqayıt şəhərində nəqliyyat infrastrukturu yenilənir. Yeni yollar salınır, marşrut xətlərində fəaliyyət göstərən avtobuslar müasir tələblərə cavab verən nəqliyyatla əvəzlənir. Son zamanlar şəhərin 20-yə yaxın marşrut xəttinə 206 müasir tələblərə cavab verən avtobuslar verilib”, - deyə qurumdan bildirilib.
Oxşar xəbərlər
İlham Əliyev BNA rəhbərini qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib. BAKU.WS xəbər verir ki, son illər şəhər nəqliyy...